Əhmədinejat Trampa məktub göndərdi

  • 27 fev 2017, 09:01

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ Prezidenti Donald Trampa məktub göndərib.

Axar.az xəbər verir ki, bu barədə keçmiş prezidentin özü məlumat verib.

Əhmədinejatın sözlərinə görə, məktub İranın İsveçrədəki səfirliyi vasitəsilə göndərilib. Məktubda müharibəyə, qətllərə, xalqların məcburən öz yurdlarından köçməsinə gətirib çıxaran ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması tənqid olunub.

Bundan başqa, Əhmədinejat ABŞ-ın BMT-dəki hegemonluğunu da sərt tənqid edib.

Keçmiş prezident məktubda ABŞ hakimiyyətini başqa xalqlara və irqlərə hörmətlə yanaşmağa çağırıb.

Qeyd edək ki, Mahmud Əhmədinejat ötən il Barak Obamaya, 2006-cı ildə isə oğul Corc Buşa məktub göndərmişdi.

 

Demokratik.Az

Oxşar xəbərlər