Mahmud Əhmədinejatın həbs xəbəri yalan çıxdı - eksklüziv

  • 08 yan 2018, 07:49
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Demokratik.Az"-ın məlumatına görə, dünən İranın sabiq prezidenti Mahmud Əhmədinejatın həbs olunması ilə bağlı yayılan xəbərlər yalanlanıb.
 
Bu barədə təkzibi sabiq prezidentin vəkili Adil Heydəri İranın İLNA agentliyinə açıqlamasında səsləndirib. O deyib: ""Mənim müştərim, eks-prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, - deyə Heydari ərəb mətbuatında yayılmış məlumatı şərh edib.
Məlumat üçün xatırladaq ki, yayılan dezinformasiyanın miqyası o qədər böyüyüb ki, hətta bu barədə Böyük Britaniyanın paytaxtı Londonda yayımlanan "Al-Quds Al-Arabi" qəzeti də məlumat dərc edib.

Xəbərlərdə Tehrandakı etibarlı mənbələrdən əldə olunan məlumata görə, İranın eks-prezidenti xalqı hökumətə qarşı etirazlara təhrik etməkdə ittiham olunurdu.

Əhmədnejat İranın qərbində yerləşən Buşehr şəhərinə səfəri zamanı çıxışında mövcud liderlərin xalqın narazılıq və problemlərinə biganə yanaşdıqlarını bildirib. İran xalqının Həsən Ruhani rejiminin pis idarəçiliyindən əziyyət çəkdiyini vurğulayan sabiq prezident mövcud idarəçiliyi sərt şəkildə tənqid edib:

"Hazırkı İran liderləri xalqın narazılıqlarına və problemlərinə biganə yanaşırlar. Onların cəmiyyətin həqiqətləri ilə bağlı heç bir fikirləri yoxdur. Ruhani hökuməti bu torpaqların onlara məxsus olduğuna və cəmiyyətin cahil olduğuna inanır".

Qeyd edək ki, aksiyaların 7-ci günündə mətbuata açıqlama verən "Sepah"ın baş komandanı Məhəmməd Əli Cəfəri də etirazçıları hökumətə qarşı qaldıranlar arasında keçmiş siyasətçilərin olduğunu vurğulamış və adını açıqlamasa da yerli mətbuat həmin şəxsin Əhmədnejat olduğuna işarə edildiyini yazmışdı.
 
"Demokratik.Az"
Oxşar xəbərlər