Son illərdə 64 milyon insan öz yurd-yuvasını tərk edib

  • 27 fev 2018, 12:27

Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını tərk edib.

Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis Bakıda sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün təlimdə deyib.

O qeyd edib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasını tərk edir:

"Buna əsas səbəb müharibə və münaqişələrdir. Elə yerlər var ki, orada 30 ildən çoxdur münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bununla bağlı layihələr həyata keçirir. Hakimlər bu məsələdə həssas olmalıdır".

Demokratik.Az

Oxşar xəbərlər