Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Bəşər Əsədin həyat yoldaşı İngiltərədən siyasi sığınacaq istədi
Bəşər Əsədin həyat yoldaşı İngiltərədən siyasi sığınacaq istədi
- 24 may 2015, 22:27
"Arabi 21" internet saytı məlumat yayıb.
Saytın iddiasına görə, Əsma Əsədin İngiltərədə sığınacaq alması üçün işlər aparılır. Məlumatda Əsma Əsədin bu ölkədə yaşaması üçün, İngiltərə dövlət orqanlarından icazə istədiyi bildirilir.
Saytın yazdığına görə, təhlükəsizlik səbəbindən Əsma Əsədə ilk olaraq İrana getmək təklif olunub. Lakin Əsma Əsəd İrana deyil, İngiltərəyə getmək istəyib. Bunun səbəbi isə Əsmanın İran mədəniyyətini mənimsəməkdə çətinlik çəkəcəyi və ingilis mədəniyyətinin təsiri altında böyüməsidir. Eyni zamanda Əsma Əsədin atasının İngiltərə vətəndaşı olması da bu məsələdə rol oynayıb.
Qeyd edək ki, Nusayri inancına inanan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd, mənşəyi etibarilə Xumuslu bir sünni ailədəndir . Əsma Əsədin atası Fevaz Ahras, Londonun məşhur tibb mərkəzlərindən olan "Cromvell" Xəstəxanasında ürək və damar cərrahiyyəsi mütəxəssisi kimi çalışır. Anası Sahar Ahras isə pensiyada olan bir diplomatdır . Bəşər Əsədlə Əsma Əsədin 3 uşağı var.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti