Bakıda qaçqınlar yolu bağladı

  • 19 yan 2017, 18:53
Bu gün günorta saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində, ATV kanalının yaxınlığında məcburi köçkünlər aksiya keçiriblər.

BakiPost.az xəbər verir ki, onlar yolu bağlamağa çalışıblar. Nəticədə sözügedən küçədə avtomobillərin hərəkətində sıxlıq yaranıb.
 
Ərazi polis tərəfindən mühasirəyə alınıb. 

Aksiyanın səbəbi hələki məlum deyil.
Oxşar xəbərlər