Baxçalıdan Kərkük və Mosul açıqlaması: "Sərhədlərimiz pozulsa"

  • 03 okt 2017, 12:33

"Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq".

Demokratik.Az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.

O, Şimali İraqda baş verən proseslərə münasibət bildirərkən sərt fikirlər səsləndirib. "Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq. Bunun qarşısında heç bir güc dayana bilməyəcək. Sərhədimiz yaxınlığında kürd dövlətinin yaradılmasına səbir göstərmək gözümüzün önündə edam fərmanımızın yazılmasına səssiz qalmağımız deməkdir”, – deyə o bildirib.

 

Demokratik.Az

Oxşar xəbərlər