İŞİD-ə qarşı Mosul əməliyyatında iştirak etməyə hazırıq

  • 08 mart 2016, 19:52
PKK  Mosulun İŞİD-dən alınması əməliyyatında iştirak etməyə hazır olduğunu açıqlayıb. 

Xarici KİV-lər  xəbər verir ki, bu haqda terror təşkilatının Sincar üzrə rəhbəri Akid Kelar açıqlama yayıb.

"PKK  Mosul əməliyyatına hazırlaşır. Bundan başqa Tel Afer, Mahmur və Kərkük bölgələrindəki əməliyyatlara da qatılmağı planlaşdırırıq. Mosul əməliyyatı bizim üçün həyati əhəmiyyət kəsb edir. İraq ordusu bunu təkbaşına həyatya keçirə bilməz" deyə Kelar qeyd edib.
 
Demokratik.Az
Oxşar xəbərlər