Xəbər lenti
Bütün xəbərlər

İraq vurmaq üçün əmr gözləyir

  • 06 dek 2015, 10:42

Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Türkiyənin Mosulda 600 hərbi ilə baza qurduğunu və bunun Bağdad tərəfindən əsla qəbul edilə bilməyəcəyini açıqlanıb.

   

Türkiyə mediasının yazdığına görə, Mosulun 32 kilometr şimalında yerləşən Başika qəsəbəsində yerləşən türk komando birliyi və tank gücünün növbə dəyişikliyi üçün Türkiyə ilə Şimali İraq kürd muxtariyyəti arasında razılıq əldə edilib. Türkiyə hərbçiləri Peşmərgə gücləri və İŞİD əleyhinə vuruşan digər qruplara təlim keçmək üçün Mosulda iki il əvvəl yerləşdirilmişdi. Türkiyənin keçmiş xarici işlər naziri Feridun Sinirlioğlunun noyabrın 4-də Ərbilə səfəri zamanı kürd muxtariyyətinin lideri Məsud Bərzani ilə imzaladığı razılaşma çərçivəsində Başikaya Sirt 3-cü Komando Briqadasından olan 400 komando göndərilib. Düşərgədə daha əvvəl 90-a qədər komando var idi. 

 

İraq parlamentinin təhlükəsizlik komissiyasının başçısı Hakim əl-Zamil isə minlərlə türk əsgərinin Mosul ətrafında bir bazaya yerləşdirildiyinin qeyd edib. Türkiyə əsgərinə "işğalçı” deyən Zamil onların İraqın suverenliyini hədəf aldığını söyləyib. Komissiya rəhbəri İraq Hərbi-Hava Qüvvələrinə bağlı döyüş təyyarələrinin bu gücləri vurmaq üçün baş nazir Haydar Əl-İbadidən əmr gözlədiyini vurğulayıb.

 

Türkiyə mediasının yazdığına görə, Mosul 2014-ci ilin iyun ayında İŞİD-in əlinə keçməsi ilə Türkiyə üçün strateji əhəmiyyət daşımağa başlayıb. İraqın şimalında yerləşən Mosul ölkənin Suriya ilə əlaqəsində böyük əhəmiyyət daşıyır.

Oxşar xəbərlər