Roma Papası
Fransisk Roma yaxınlığında yerləşən Ariçça şəhərciyində Suriyaya həsr olunmuş
xüsusi messa keçirib.
Bu barədə Müqəddəs
Taxt-tacın mətbuat xidməti rəhbərinin müavini Qarsiya Oveyero məlumat verib.
Vatikanın rəsmi
nümayəndəsinin sözlərinə görə, həmin messa zamanı Roma Papası Hələb şəhərindən
olan kasıblara yardım üçün 100 min avro ayrılması barədə qərar verib.
Oveyero qeyd edib
ki, həmin vəsait Müqəddəs Taxt-tac adından ianə paylanması ilə məşğul olan
xüsusi idarə tərəfindən ünvana çatdırılacaq.
"Demokratik.Az"