Roma Papası Ermənistana səfərə hazırlaşır

  • 09 yan 2016, 10:33

Roma Papası Fransisk 2016-cı ildə Ermənistana səfər edə bilər.

Bu barədə World Religion News məlumat yayıb.

Məlumatda bildirilir ki, daha öncə 2016-cı ilin aprelində "erməni soyqırımı”nın 101-ci ildönümündə Roma Papasının Ermənistana səfər edə biləcəyi haqqında məlumat yayılmışdı. Amma bu məlumat təsdiqlənməmişdi.

Mənbə həmçinin Roma Papasının Ermənistana səfərinə ümid etdiyini xatırladıb.

"Mən yaşlıyam, bu qəbildən olan səfərlər mənim üçün çətindir”, - Roma Papası Fransisk əlavə edib.

Oxşar xəbərlər