Lukaşenko Roma Papası ilə görüşə oğlunu da apardı – VİDEO

  • 22 may 2016, 10:50

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Vatikanda Roma Papası Fransisklə görüşüb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, 40 dəqiqə çəkən görüşün 25 dəqiqəsini Lukaşenko və Fransisk şahidlərin iştirakı olmadan keçiriblər.

Qeyd edək ki, Belarus prezidentinin Roma Papası ilə görüşündə anası məlum olmayan oğlu Nikolay da iştirak edib.  Belarus lideri Avropa İttifaqına bu ölkəyə və ona qarşı 2016-cı ilin fevralında sanksiya götürüləndən sonra ilk dəfə səfər edib.   

 

Demokratik.Az