Ərdoğana daha bir qadağa

  • 05 mart 2017, 16:21

Almaniyadan sonra Hollandiya hökuməti də Türkiyə hökumət rəsmilərinin Amsterdamda türklərlə görüşünə icazə verməyəcəyini açıqlayıb.

İstiPress-in "Timeturk”-ə istinadən verdiyi xəbərə görə, Hollandiyanın Baş naziri Mark Rutte, Türkiyədəki referendumla bağlı Avropa ölkələrində kampaniya aparılmasını doğru hesab etmədiyini deyib: "Biz bunun yolverilməz olduğunu düşünürük. Hollandiyanın meydanları, başqa ölkələrin siyasi kampaniya yeri deyil”.

Qeyd edək ki, aprelin 16-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Türkiyədə referendum keçiriləcək. Bununla bağlı olaraq türk rəsmilər Avropada yaşayan həmyerlilərini referendumla bağlı məlumatlandırmaq üçün mitinqlər və konfranslar keçirməyi planlaşdırır.

Xatırladaq ki, Almaniya da eyni addımı atmış, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkədə mitinq keçirməyinə qarşı çıxmışdı.

Alman hökuməti ötən il 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Kölndə keçirilən mitinqdə R.T.Ərdoğanın videomüraciətinin yayımlanmasını məhkəmə qərarı ilə qadağan etmişdi. Eyni şəhərdə PKK-nın mitinq keçirməyinə isə icazə vermişdi.

 

Demokratik.Az

Oxşar xəbərlər