Demokratik TV
Xəbər lenti
Gülən 15 iyul çevriliş cəhdini Ərdoğanın üzərinə yıxdı
- 24 sen 2016, 09:38
Dini lider Avropadan yardım istədi...
Türkiyədə terror təkilatı elan olunan FETÖ-nün lideri Fətullah Gülən 15 iyul dövlət çevrilişi cəhdinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən illər əvvəl planlaşdırıldığını iddia edib.

FETÖ lideri Ərdoğanın çevriliş cəhdini illər öncə planlaşdırdığını və bunu həyata keçirmək üçün, düzgün vaxt seçdiyini iddia edib. Onun fikirincə, Ərdoğan xoşuna gəlməyən insanları vəzifədən çıxarmaq və öz hakimiyyətini gücləndirmək üçün, bu addımı atıb.
Ərdoğanı keçmişdə dəstəkləməsinin səbəbini açıqlayan Gülən, bunu AKP hökumətinin Avropa Birliyinə üzv olma və insan haqları , demokratiya ilə bağlı vədi ilə əlaqələndirib. Gülən AKP ilə münasibətlərində yaşanan gərginliyi isə "Ərdoğanın intiqamı" adlandırıb.
"Ərdoğan istəyirdi ki, onu bütün müsəlmanların lideri elan edək, ümid edirdi ki, dünya miqyasında bunun üçün çalışacayıq. Bu olmayınca da bizə qarşı cəbhə açdı."
Uzun illərdir ABŞ-da yaşayan və çevriliş cəhdindən sonra, Türkiyənin tələblərinə baxmayaraq rəsmi Vaşinqtonun onu təhvil verməməsindən danışan Gülən, Birləşmiş Ştatlara qonaqpərvərliyinə görə təşəkkür edib.
Gülən eyni zamanda Avropadan Türkiyə hökumətinə qarşı sərt addımlar atmasını, yoxsa bunun Avropa üçün ciddi fəsadları olacağını da deyib.
Qeyd edək ki, 78 yaşlı Gülən 1999-ci ildən bu yana ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Türkiyə, 15 iyul dövlət çevrilişi cəhdindən sonra, haqqında cinayət işi açdığı Güləni ABŞ-dan tələb edir.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ərdoğan Kerri görüşündə Fətullah Gülən müzakirəsi - Ankara sərt şəkildə tələb etdi
Fətullah Gülən çevriliş barədə suallara cavab verdi - VİDEO
Ərdoğan Putindən bu sahədə məsləhət aldı
FETÖ çevriliş cəhdinin arxasında ABŞ kəşfiyyatı dayanıb - İlkər Başbuğ (Video)
Fazil Mustafa: “Ərdoğan-Gülən davası pula görə başlayıb” - VİDEO
Azərbaycanda da Gülən tərəfdarlarına qarşı cinayət işi açıldı - RƏSMİ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti