"Bu cür özbaşınalığın səbəbkarlarına deyirəm,
ayıb olsun. Sizə acıyıram, ölkə rəhbərinin və millətin düşmənlərisiniz
siz".
Qaynarinfo.Az-ın xəbərinə görə, bu sözləri Gəncənin
sabiq millət vəkili, Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın
Abbasov rüşvət alarkən yaxalanan Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva
ilə bağlı qalmaqalı şərh edərkən bildirib. Sabiq millət vəkili sosial şəbəkədə
yaydığı münasibətində deyir. "Gəncəyə gəlir mənbəyi kimi baxan və Gəncəyə
vəzifəsındən istifadə edərək mənəvi və maddi zərər vuraraq sakinlərini incidib,
küsdürüb, dövlətin qanunlarına zidd olaraq zənginləşən hər hansı bir məxluqa
MANQURT deyilə bilər. Bu dövlət sizə bu çirkin əməllərinizi bağışlamayacaq. Bu
şəhər sizə çirkin niyyətlərinizi bağışlamayacaq. AzTV-də bu cür məlumatı seyr
etdikcə bu biabırçılığın Gəncədə baş verməsinə və bu cür özbaşınalığın səbəbkarlarına
deyirəm, ayıb olsun. Sizə acıyıram, ölkə rəhbərinin və millətin düşmənlərisiniz
siz". Qeyd edək ki, Gülçin Mirzəyeva 2 gün əvvəl Mədəniyyət və Turizm
Naziri Əbülfəz Qarayev tərəfindən daha da irəli çəkilərək, Gəncə
Filarmoniyasına direktor təyin olunmuşdu.
"Demokratik.Az"