Gəncədəki həbs qruplaşmaların mübarizəsidir?
Gəncə Dövlət
Filarmoniyasının direktoru Gülçin Mirzəyevanın rüşvət alması faktnın bir gün əvvəl
rəsmi şəkildə ictimailəşdirilməsi bir sıra suallara yol açır.
Veteninfo.Az
mövzunu şərh etmək üçün Müasir Müsavat Partiyasının İctimai Əlaqələr üzr sədr
müavini, Xanlar rayonunun sabiq icra başçısı Pənah Məmmədzadə ilə əlaqə
saxlayıb.
Pənah bəyin sözlərinə görə, Gülçin Mirzəyeva nazir Əbülfəz Qarayevin əmri ilə
ötən ilin sonlarında direktor vəzifəsinə təyin olunsa da məhz bir neçə gün əvvəl
kollektivə təqdim olunub. Bu müddət ərzində isə o, sabiq direktor kimi Musiqi
Kollecinə faktiki rəhbərliyi həyata keçirib.
Məhz Şahnaz Haşımovanın Filarmoniyanın direktor vəzifəsindən çıxarılmasının ötən
gün ictimailəşməsindən sonra isə Gülçin Mirzəyevanın korrupsiya əməli də dövlət
televiziyası və media vasitəsi ilə ictimailəşdirildi.
"Gəncə sakinləri bu cür mənfi halları əlbəttə pis qarşılayır. Hadisənin
niyə və necə baş verməsi haqqında müxtəlif versiyalar səsləndirilir. Bəzi
ehtimallara görə, bu, Gəncədə qruplaşmaların mübarizəsidir, digər ehtimallara
görə bu, Filarmoniyanın kohnə rəhbərliyinin əks-hücumudur." - deyə hazırda
Gəncədə olan Pənah bəy bildirdi.
Qeyd edək ki, ötən gün yayılan rəsmi məlumata görə, 2016-cı ildən Gəncə Dövlət
Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi
Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin
Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə özü və ya üçüncü
şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə
kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan
sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində
pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta
görə cinayət işi başlanıb.
Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən
kənarlaşdırılıb və şəhəri tərk etməmək barədə iltizamları alınıb.
Demokratik.Az