Xəbər lenti
Bütün xəbərlər

Gəncənin mərkəzində BİABIRÇILIQ - fotolar

  • 20 avq 2016, 12:30





Ölkəni bürüyən abadlıq-quruculuq siyasəti son illərdə Gəncədə də özünü biruzə verir. Buna baxmayaraq bəzi məmurların səhlənkarlığı, mənəmmənəmlik və işbilməzliyi görülən təqdirəlayiq işlərə kölgə salmağa yetərli olur. Gəlişindən bu yana Gəncə boyda yükü təkbaşına çəkən İH başçısı cənab Elmar Vəliyev də bəzən bu şəhərdə baş verən biabırçı olaylar qarşısında "aciz" qalır.

Təsadüfi deyil ki, sosial şəbəkələrdə mütamadi olaraq Gəncənin bir sıra dərdi, qəmi xarakterizə olunur,məmur səhlənkarlığı Gəncə ziyalıları tərəfindən tənqid olunur.

Demokratik.Az bildirir ki, bu dəqiqələrdə feysbukda Gəncənin mərkəzində , Ulu ondər Heydər Əliyevin adının əbədiləşdiyi prospektlərin kəsişməsində yerləşən binanın həyətindəki antisanitar vəziyyəti əks etdirən fotolar yayılıb. Binanın sakinləri sözün əsl mənasında bərbad, antisanitar, həyəti daha çox avtomobil dayanacağını xatırladan, binanın önündəki yolları kənd yollarından betər bir ərazidə yaşamaqdan bezib.

Demokratik.Az-ın məlumatına görə, problemlə əlaqədar 70 nəfər sakinin imzası ilə göndərilmiş çoxsaylı şikayət ərizəsinə yerli icra hakimiyyəti nədənsə biganədir. Nə Nizami rayon bələdiyyəsi,nə rayonun icra başçısı,nə də qonşu binada yaşayan Gəncədən millət vəkillərindən biri - Naqif Həmzəyev bu eybəcərlikləri sanki görmür. Məlumata görə, "Gəncə şəhər icra hakimiyyətinin başçısı da bu vəziyyətdən halıdır. Sadəcə, yüzlərlə insanların, onlarla ailənin taleyi bu insanlara qətiyyən lazım deyil".

Bildirək ki, məsələni öz feysbuk səhifəsində paylaşan Maarif Rzayev mövzuya maraqlı "nöqtə" qoyub.Sitat:"İctimai nəzarət qrupunun üzvü və media nümayəndəsi olaraq yerli hakimiyyət nümayəndələrinin bu fəaliyyətsizlyinə qəti etirazımı bildirir və onlara deyirəm:"Siz ölkə başçısının göstərdiyi etimada xəyanət edirsiniz"!

Qarşı tərəfin mövqeyini dərc edə bilərik...

 

Demokratik.Az

Oxşar xəbərlər