Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Daha 78 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Daha 78 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
- 06 fev 2017, 11:19
Martın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.
Bu barədə "Report”a Komitədən bildirilib.
Məlumata görə, hərraca 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 17-si kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə ləğv edilmiş "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlardakı əmlakları - "Hacıqabul sahəsinin əmlak kompleksi”, "Lerik xalça sexinin əmlak kompleksi” və digərləridir.
Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlər əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına "Salyan Kəndkimya”, "Sabirabad Mexanikləşdirmə”, "Xəzər Avtonəqliyyat” kimi müəssisələr daxildir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.
Hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Gəncə Pambıq Əyirici” MMC niyə satılmadı?
İri dövlət əmlaklarını alan olmadı
Əmlak komitəsi “xırda ticarət”lə məşğuldur
26 dövlət əmlakı açıq hərracla özəlləşdirilib
Azərbaycanda rəqibsiz hərrac bazarı
Nizaminin abidəsi dağıdılıb yerində şadlıq sarayı tikilir
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏKZİB ETDİ
"Daşkəsən Filizsaflaşdırma" ASC "hərraca" çıxarıldı
“Aztelekom”un sabiq baş direktorunun mülkləri ifşa oldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti