ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏKZİB ETDİ

  • 14 noy 2015, 21:48

Bəzi informasiya agentlikləri tərəfindən guya Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluğa dəvət olunub dindirilməsi ilə bağlı məlumat yayılıb. 

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinə müraciət etdik. Xidmətin rəhbəri Qulu Xəlilov bildirdi ki, belə qərəzli saytlar tərəfindən yayılan məlumatların heç bir əsası yoxdur və böhtan xarakteri daşıyır: "Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin, iftira dolu məlumatlarda qeyd olunduğu kimi, Baş Prokurorluğa çağırılması xəbəri həqiqətə uyğun deyil. Bunlar tamamilə yalan, uydurma və böhtan xarakterli məlumatdır. Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən bilərəkdən və qəsdən bəzi informasiya saytlarına ötürülərək Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır. 
Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində açıqlığın, şəffaflığın və ictimai məlumatlandırmanın təmin olunmasına çalışır və bununla bağlı siyasətini "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər kütləvi informasiya vasitələrində mətbuat məlumatlarının yayılması yolu ilə həyata keçirir". 

Oxşar xəbərlər