Berluskoniyə qarşı istintaq bərpa edilib

  • 27 yan 2017, 09:14

 

Milan prokurorluğu yetkinlik yaşına çatmayan fahişələrlə bağlı cinayət işi üzrə şahidləri ələ almaqda şübhəli bilinən İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə qarşı istintaqı bərpa edilib.   
 
 APA-nın "La Repubblica”-ya istinadən verdiyi xəbərə görə, istintaq materiallarına əsasən, Berluskoni şəxsi mühasibi Cuzeppe Spinelliyə "Rubi işi” üzrə istintaqa cəlb olunmuş qadınlara yalan ifadələrinə görə pul verməyi tapşırıb.
 
İstintaqın məlumatına görə, 2016-cı ilin sentyabrından başlayaraq Berluskonu Spinelli vasitəsilə 4 qadına 10 köçürmə ilə 30 minədək avro verib.    
Demokratik.Az
Oxşar xəbərlər