Səfiri öldürən polisin imamı saxlanıldı

  • 20 dek 2016, 22:22
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd təşkil edən polis əməkdaşı Mövlud Mərd Altıntaşın İzmir Rüştü Ünsal Polis Akademiyasında imamı olduğu irəli sürülən Süleyman Ergen və 6 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə "Habetürk” məlumat yayıb.
Saxlanılan digər şəxslərin Altıntaşın qohumları və lisey yoldaşları olduqları bildirilib.
İddiaya görə, Süleyman Ergen 2012-2014-cü illərdə qeyd edilən akademiyanın "FETÖ imamı” olub və qatil polisə dərs deyib.
Ergenin qardaşı Mustafa Ergen də bir müddət əvvəl FETÖ ilə bağlı əməliyyatlar zamanı saxlanılmışdı.
 
Demokratik.Az
Oxşar xəbərlər