Rusiya səfirinin qətli ilə bağlı 5 nəfər saxlanılıb

  • 20 dek 2016, 08:35

 

Ankarada Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı daha iki nəfər saxlanılıb.
 
APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat verib. Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir.
 
Bundan əvvəl Aydın vilayətində Andrey Karlovu qətlə yetirən Mövlüd Mərd Altıntaşın atası, anası və bacısının saxlandıqları bildirilirdi. 
Oxşar xəbərlər