Əsəd qüvvələri Hələbdə hücuma keçdi

  • 27 noy 2016, 11:50

Suryada müxtəlif silahlı qruplar arasında qanlı toqquşmalar davam edir. Lent.Az BBC-yə istinadən xəbər verir ki, ölkənin böyük bir hissəsinə nəzarət edən Bəşər Əsədə sadiq qüvvələr Hələb istiqamətində hücuma keçiblər. Əsəd qüvvələri Hələbin cənubundakı strateji əhəmiyyətli Masaken Hanano qəsəbəsini ələ keçirib. 2012-ci ildən bəri müxalifət qüvvələrinin əlində olan bu məntəqənin Əsəd qüvvələrinin nəzarətinə keçməsi bölgədə qüvvələr balansını dəyişib. Hazırda hakimiyyətə sadiq silahlı birləşmələr Türkiyənin dəstəklədiyi müxalifət qüvvələrinin ərazilərini rahat müşahidə edə bilir və bu əraziləri hər an ələ keçirə bilər.

 

Bildirilir ki, ərazi minalardan təmizlənib və Əsəd qüvvələri Hələbin bir hissəsini artıq tamamilə müxalif qüvvələrdən təcrid edə bilər.

Oxşar xəbərlər