Suriyada 5 yaşayış məntəqəsi İŞİD-in nəzarətinə keçdi

  • 29 may 2016, 10:25
İŞİD silahlıları Suriyanın Hələb əyalətində müxalifət qüvvələrinin mövqelərinə hücuma keçərək  5 yaşayış məntəqəsini ələ keçiriblər.  
 
APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
 
"İŞİD silahlıları "Azad Suriya Ordusu”nun  Hələb əyalətinin Azaz yaşayış məntəqəsi istiqamətindəki  mövqelərinə hücuma keçərək, Kafer-Breyşa, Tatiya, Niara, Kafer-Kalbin və Cibrin yaşayış məntəqələri üzərində nəzarəti ələ keçiriblər”, - deyə məlumatda bildirilir.    
 
Məlumatda qeyd olunur ki, "Cəbhə ən-Nüsrə” qruplaşması sutka ərzində reaktiv raket-zenit sistemlərindən və minaatanlardan Handrat yaşayış məntəqəsini, Şeyx Maqsud və Əl-Xalidiyyə yaşayış massivlərini, Hələb şəhərindəki Ən-Nəyrab aeroportunu atəşə tutublar.   
 
Bundan başqa,  "Cəbhə ən-Nüsrə” qruplaşması Latakiya əyalətində Raşa, Ərd-əl-Vata və Kərməl yaşayış məntəqələrinə zərbələr endiriblər.
 
"Ayn-Dəknə yaşayış məntəqəsi istiqamətində terrorçuların irəliləməsinin qarşısı kürd silahlı dəstələt tərəfindən alınıb”, - deyə məlumatda bildirilir. 
Oxşar xəbərlər