Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:38 - 22.08.2019  
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Tarix: 10-08-2019, 19:50 | Bölmə: ---

Bakı Dövlət Universitetinin (BDU) müəllimi oğlunu işə düzəltmək istəyərkən aldadılıb. O, verdiyi rüşvəti geri ala bilmir. Rüşvət üçün pulu isə sələmə götürübmüş…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Minval.info"un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, bu cinayət işi üzrə ittihamda göstərilir ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda pul alıb. Həmin pulun qarşılığında isə Hüseyn Məmmədovun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəkmiş.

Elan olunmuş ittihamla Eldar Yusifov özünü təqsirli bilmir. Onun sözlərinə görə, Hüseyn Məmmədovun oğlunun işini Elbrus Əliyev adlı şəxs həll edəcəkmiş: "Pulu mən yox, Elbrus alıb. Mən onları tanış eləmişəm. Sonrakı məsələni özləri danışıblar”.

Eldar Yusifova rüşvət verməyə təhrik etmə maddəsi ilə də ittiham irəli sürülüb. Bu iş üzrə zərərçəkmiş olduğunu deyən Hüseyn Məmmədovla bağlı ictimaiyyətə maraqlı olan məlumat var.

Məlumata görə, Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir, BDU-da çalışan Məmmədov bir müddət də kafedralardan birinin müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi dindirilib.

Son iki məhkəmə iclasında danışan Hüseyn Məmmədov hazırda həbsdə olan Eldar Yusifovdan şikayətçi olmadığını bildirib. O, israrla məhkəmədən Eldar Yusifovun azadlığa buraxılmasını istəyib. Fəlsəfə müəllimi ilk olaraq rüşvəti necə və nə məqsədlə verməsini danışıb. O, bildirib ki, oğlunu işə düzəltmək istəyib. Bu məqsədlə Elbrus Əliyevə müraciət edib.

Onun sözlərinə görə, Elbrus Əliyevlə onu Eldar Yusifov tanış edib: "Eldarla uzun müddətdir ki, bir-birimizi tanıyırıq. Elbrusun bu işdə mənə kömək edə biləcəyini dedi. Məndən əvvəlcə 100 min, sonra isə 50 min manat istədi. Mən əvvəlcə 20 min verdim. Həmin pulu faizə götürdüm. Amma Elbrus dedi ki, pul tam olmasa, iş alınmayacaq. Sonra 30 min də sələmlə pul götürüb ona verdim. Hər iki görüş Elmlər Akademiyası tərəfdə baş tutub”.

Hüseyn Məmmədov məhkəməyə müraciət edərək Eldar Yusifovun azadlığa buraxılmasını istəyib: "Bu adamın nə günahı var? Mən özüm deyirəm ki, pulu Elbrusa vermişəm. Amma Elbrusu himayə edənlər onu azadlığa buraxdı. Bunun adamı yoxdur deyə tutdular. Elbrus əvvəlcə dəlixanada idi. Onu dəlixanadan gətirib dindirdilər, sonra da azadlığa buraxdılar. Bu işdə Elbrusun oğlunun da əli var. Onlar əlbir olaraq məni aldatdılar. Eldarın həbs edilməsi ədalətsizlikdir. Biz necə ölkədə yaşayırıq? Haqq-ədalət budurmu? Belə haqsızlıq olarmı? Günahkar qalıb çöldə, günahı olmayan adamı tutublar. Bu adamı azadlığa buraxmaq lazımdır. Bu qədər ədalətsizlik olmaz axı…”

Məhkəmədə məlum olub ki, Hüseyn Məmmədov istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində Eldar Yusifovdan şikayətçi olub.

H.Məmmədov bu ziddiyyəti belə izah edib: "Mən elə deməmişəm. Fikrim düzgün qeyd edilməyib. Bütün həqiqət burada danışdığım kimidir”.

Hüseyn Məmmədov ifadəsinin davamında bu işlə bağlı Milli Məclisin deputatlarının, ayrı-ayrı vəzifəli şəxslərin qəbulunda olduğunu deyib. O, bildirib ki, şikayətini bütün aidiyyəti qurumlara çatdırıb.

Məhkəmə araşdırması davam etdirilir.

Oğlunu rüşvətlə işə düzəltmək istəyən Hüseyn Məmmədov kimdir? Məmmədov Hüseyn Qaraxan oğlu 1959-cu il avqustun 4-də Saatlı rayonunda anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildən başlayıb. 1976-1977-ci illərdə Saatlı rayon suvarma sistemləri idarəsində fəhlə işləyib. 1977-1982-ci illərdə ADU-da (indiki BDU) əyani tələbə olub.

1982-1983-cü illərdə Saatlı rayonu Əzizbəyov adına orta məktəbdə tarix müəllimi işləyib. 1983-1986-cı illərdə ADU-da əyani aspirant olub. Fəlsəfə dərsini və ixtisas dərslərini aparır. 80-dən çox məqalənin və tezisin və bir kitabın, 5 dərsliyin müəllifidir. 3 elmlər namizədinin yetişməsində həmrəhbər olub.

Hüseyn Məmmədovun adı illər öncə imtahan suallarının alverində də hallanmışdı. Məşhur sual satılması işində onun da oğlunun nəticəsi ləğv edilmişdi. Həmin ərəfədə onun oğlu da BDU-nun hüquq fakültəsinə sənəd vermişdi.

İlkin Muradov

Xəbər 351 dəfə oxunub






Oxşar xəbərlər

Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12639] initstartout [0.00014] initstartin [0.00071] calstart [0.00834] calend [0.00051] topnewsend [0.00345] rsssend [0.00000] ehgend [0.01665] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09606]