Həsənovların vəkili “Haber Türk” telekanalına CAVAB VERDİ - TƏKZİB

  • 24 iyul 2019, 17:41

2017-ci ildə Bakıda avtoqəza törədən Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev ortaya şok faktlar çıxarıb; hüquqşünas Mütallib Tekiş və onun həyat yoldaşının iddialarına aydınlıq gətirib 

Ötən gün Türkiyənin "Haber Türk” telekanalı iş adamı Elman Allahverdiyevin oğlu Nail Allahverdiyevin 2 il əvvəl Bakı şəhərində törətdiyi avtomobil qəzası ilə bağlı reportaj hazırlayıb.

Demokratik.Az musavat.com-a istinadən xəbər verir ki, həmin qəzada Türkiyə vətəndaşı Mütallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş də ağır yaralanmışdılar. 

Bu reportaj yayınlandıqdan sonra Elman Allahverdiyevin və oğlu Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev təkziblə çıxış edib. Musavat.com təkzibi təqdim edir: 

"Məlumat üçün bildiririk ki, Mütallib Tekişin həmin TV-yə təqdim etdiyi məlumatlar tam yalan və şantaj xarakterlidir. Onun təqdim etdiyi fotolar və görüntülər 2017-ci ilə aiddir və hal-hazırdakı vəziyyəti əks etdirmir. 

Mütallib Tekiş kimi onun həyat yoldaşı Songül Tekişin də özləri tərəfindən seçilmiş Türkiyədə yerləşən xəstəxananın bütün müalicə xərcləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən, qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi "Gardenia” MMC-nin təsisçisi, iş adamı Elman Allahverdiyev tərəfindən ödənilmiş və 2 il ərzində reabilitasiya dönəmini tam başa vurmuşlar.   

2019-cu ilin yanvar ayının sonuna qədər bütün xərclərin ödənildiyini Mutallib Tekiş özü 31 may 2019-cu il tarixdə yayılan videoda etiraf etmişdir. 

"Müayinə və müalicə xərclərindən başqa Mütəllib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilmişdir. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilmişdir və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur”

Müayinə və müalicə xərclərindən başqa Mütəllib Tekişə və Songül Tekişə maddi tələblərinə görə iş adamı Elman Allahverdiyev tərəfindən ödənişlər edilmişdir. Bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsi ilə edilmişdir və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur. 

Mütallib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən, qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, Cənubi Afrika Respublikasında bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində - yəni, qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilmişdir. 

Qəzanı törətmiş avtomobilin (yüksək təhlükə mənbəyinin) sahibi "Gardenia” MMC tərəfindən Mütallib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilmişdir, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməmişdir.  

Nəzərinizə çatdırırıq ki, Azərbaycan hüquqi dövlətdir və Nail Allahverdiyev törətdiyi əməlin ağırlığına görə məhkəmənin çıxardığı hökmə uyğun olaraq cəzasını çəkir. Mütallib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilmişdir. Ona dəfələrlə bildirilmişdir ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcəkdir. 

Mutallib Tekişə isə bu təklifdən yayınaraq, mətbuat vasitəsi ilə təzyiqlər edərək, özünün istədiyi pul vəsaitini alacağını bildirir. Buradan haqlı sual ortaya çıxır: nəyə görə Mütallib Tekiş məhkəməyə müraciət etməkdən boyun qaçırır? Müxtəlif orqanlara, Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamalarda onun müalicəsi ilə bağlı Azərbaycan Respublikasında, Türkiyə Respublikasında yüz min dollarlarla ölçülən müalicə xərclərindən, onlara ödənilmiş vəsaitlərdən bir kəlmə də belə söz açmır.  

Bütün müsahibələrdə, yazışmalarında hadisəni törətmiş şəxsin ana babası – Baş Nazirin müavini cənab Əli Həsənovun adını hallandırması isə heç bir etik çərçivəyə sığmır. 

Tərəfimizdən "Haber Türk” kanalına yayılmış məlumatın həqiqətə uyğun olmadığı barədə açıqlama göndəriləcəkdir. 

İş admı Elman Allahverdiyevin vəkili olaraq mətbuat vasitəsi ilə müraciət edərək bildirirəm ki, gəlin bu problemi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə müstəvisində həll edək.   

Muxtar Mustafayev,

Nail Allahverdiyevin və "Gardenia” MMC-nin

təsisçisi Elman Allahverdiyevin vəkili, 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 

Beynəlxalq Vəkillər Birliyinin  (UİA) üzvü, 

Amerika Vəkillər Assosiasiyasının (ABA) üzvü”

Oxşar xəbərlər