Nailin vurduğu türklər Abdulla Gülün qohumudur?

  • 10 avq 2017, 09:19

 

Ötən həftə Bakının Heydər Əliyev prospektində Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzada yaralanan türk vətəndaşları haqda yeni təfərrüatlar ortaya çıxıb. 

 

Sosial şəbəkələrdə hadisə zamanı ağır yaralanan Mütalib Tekiş və Songül Tekiş haqda yeni iddialar irəli sürülüb. Bildirilir ki, Songül Tekiş və Mütalib Tekiş Türkiyənin eks-prezidenti Abdullah Gülün yaxın qohumudur. 

 

Primetime.az bununla bağlı Türkiyənin ölkəmizdəki səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən söylənilən iddia ilə bağlı məlumatlı olmadıqlarını bildirib: "Bizdə xəsarət almış türk vətəndaşlarının Türkiyənin eks-prezidenti Abdullah Gülün qohumları olmaları barədə heç bir məlumat yoxdur”.

 

Oxşar xəbərlər