"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)

  • 13 avq 2018, 17:32

"Karabakh TV" növbəti Videoçarxını paylaşıb.

Videomaterialda Qarabağ uğrunda erməni təcavüzünə qarşı gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimiz, milli qəhrəmanlarımız anılır. Və müqəddəs şəhid ruhları bizim hər birimizi qələbəyə, mübarizəyə səsləyir. Onlardan Azərbaycana mühüm çağırış var: "Qisasımızı alın, qanımız yerdə qalmasın!"

Sitat: "Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar vətən uğrunda vuruşdular, vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətən edən də onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib:

- Bayraqları bayraq yapan üstündəki qandır

Torpaq uğrunda ölən varsa, Vətəndir!"... /"Karabakh TV"/

Filmin ssenari müəllifi dosent Zaur Əliyev, hazırlayanı isə Ramin Əliyevdir.


"Demokratik.Az" sözügedən VİDEOMATERİALI sizlərə təqdim edir:

 

 



Oxşar xəbərlər