Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:54 - 22.01.2019  
Enerji sisteminin çökməsinin daha bir səbəbi bilindi
Tarix: 11-07-2018, 10:20 | Bölmə: ---

Ekspert ilginc fakt açıqladı: "Təəssüf ki, bizdə yağ transformatorlarlı hələ də qaz transformatorları ilə əvəzlənməyib”

3-4 iyulda Azərbaycanın enerji sistemində baş verən qəzanın səbəblərini prezident fərmanı ilə yaradılmış komissiya araşdırır. Artıq komissiyanın formalaşdırdığı araşdırıcı qrup Mingəçevir  İstilik Elektrik Stansiyasında çalışmalara başlayıb.

Azərbaycan Texniki Universitetinin dosenti, əməkdar mühəndis Qara Həsənov "Xalq qəzeti”nə müsahibəsində bildirib ki, cərəyan transformatorunda bir tona yaxın yağ olur. Q.Həsənovun sözlərinə görə, cərəyan transformatorları yağlı transformatorlardır: "Hazırda bütün dünyada bu tip transformatorları qaz transformatorları ilə əvəz ediblər. Belə transformatorların heç bir partlayış və yanğın qorxusu yoxdur. Bu tip transformatorlar çox uyğun şəkildə yarımstansiyalarda öz funksiyalarını normal qaydada yerinə yetirir, cərəyanın ölçü prinsiplərinə düzgün, xətasız əməl edirlər. Təəssüf ki, bizdə yağ transformatorlarlı hələ də qaz transformatorları ilə əvəzlənməyib.  Ona görə də yanğın bu şəkildə fəsad törədib. Hazırda istifadə olunan transformatorlar ölçü transformatorlarıdır, güc transformatorları deyil. Ölçü transformatoru rele mühafizə, avtomatika, siqnala hesablanıb.

Onların funksiyaları başqadır. Ona görə də bu transormatorları komplektə uyğun şəkildə dəyişmək lazımdır. Transformatorlar ”SCADA" sisteminə uyğunlaşdırılmalıdır. "SCADA” sistemi şəbəkəni onlayn rejimində izləməyə imkan verir. Bir çox avadanlıqlar da buna uyğun olaraq rəqəmsal variantda ifadə olunmalıdır. Burada söhbət təkcə bir tranformatordan yox, müəyyən bir kompleksi dəyişməkdən, müasirləşdirməkdən söhbət gedir. Təəssüf ki, "Azərbaycan” İES-də "SCADA” sistemi tam qurulmayıb".

Həsənovun dediyinə görə, Mingəçevir İES "SCADA” sisteminə - kompüterləşmə sisteminə keçirilməli idi: "Bu, çox mükəmməl, son variantlı sistemdir. Ancaq bu sistemin əsas əhəmiyyəti nədən ibarətdir? O, şəbəkəni online rejimində izləmək, onların şəbəkə vəziyyətini, parametrlərini, standartlara uyğun olub-olmadığını izləmək, kənarlaşma varsa, onu siqnalla korrektə etmək, komandaları yenidən işlək qayadasına salmaq və bu komandaları müəyyən bir yerin açılması və ya avtomatik qoşulması və digər işlər həyata keçirməyə imkan verir. Bu, çox mükəmməl bir sistemdir, ancaq kompleks olmalıdır”.

Enerji sisteminin çökməsinin daha bir səbəbi bilindiQ.Həsənovun dediyinə görə, Mingəçevir İES-də etinasızlıq, yağın həcminə görə tədbirlərin görülməməsi qəzaya gətirib çıxarıb: "Buraya bardürlər qoyulmalı idi. Yağın axın istiqamətləri müəyyənləşdirilməli idi. Yağ axaraq kabelin kanalına dolmamalı idi. Diqqətsizlik olan yerdə energetikada qəzanın baş verməsi qaçılmazdır. Hər etinasız hərəkət qəzaya şərait yaradır. Adicə bir şaybanın yerində olmaması böyük bir fəsada gətirib çıxarır”.

Qeyd edək ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında enerji sistemindəki problemlərlə bağlı danışıb: "Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılmışdır. Əgər bu generasiya gücləri yaradılmasaydı, biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm”.

Dövlət başçısının sözlərinə görə, komissiya yaxın gələcəkdə öz rəyini verəcək: "Eyni zamanda Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb”.

Demokratik.Az

Xəbər 1230 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Rusiya və Çin kanalına müsahibə verib
BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb
3 vəkilin fəaliyyətinə "son", 1-nə töhmət
Milli Şuranın mitinqinə niyə icazə verildi - deputatın şərhi
Yəhudi baş nazir təcavüzkarlara "meydan oxudu"
Tanınmış futbolçu karyerasını başa vurub
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
Gəncədə "Unutmuruq!" aksiyası keçirilib
Prezident Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şuşanın icra başçısı Trampın avtomobilində gəzir - FOTO
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14870] initstartout [0.00014] initstartin [0.00069] calstart [0.00794] calend [0.00046] topnewsend [0.00354] rsssend [0.00000] ehgend [0.00652] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12863]