“Azerenerji” gücləndirilmiş iş rejiminə keçib

  • 08 dek 2016, 20:11
"Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində enerji sistemin dayanıqlığı daha da möhkəmlənmiş və xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib”.
 
"Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətini rəisi Yəhya Babanlı "APA-Economics”ə verdiyi məlumata görə, enerji sistemi dispetçer qrafikinə uyğun işləyir.
 
"Azərenerji” ASC dəyişən hava şəraitinə həmişə hazırdır. Hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, "Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib”, - deyə o qeyd edib.
 
Y. Babanlı əlavə edib ki, ASC-nin Enerjinin istehsalı idarəsi stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir: "Elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub”.
Oxşar xəbərlər