Demokratik TV
Kəmaləddin Heydərov Mingəçevir İES-də olub
Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-də və 4-də Mingəçevir şəhərində olub.

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.
Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu vurğulayıb.
Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.
Demokratik.Az
