Türkiyə Rus diplomatlara qarşı qərarını açıqladı

  • 27 mart 2018, 07:57

Rus diplomatların Avropa ölkələrindən çıxarılması iki ölkə arasında baş verən hadisədir.

Bu barədə Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ danışıb.

"İngiltərə müstəqil ölkədir. Hansı ölkə ilə necə bir münasibət yaradılacağını özü müəyyən edir. Rusiya da suverən və müstəqil bir ölkədir. Başqa ölkələrin verdikləri qərarları öz mənafeyimiz və beynəlxalq hüquq baxımından dəyərləndirib buna əsasən addımlar atırıq. Türkiyə ilə Rusiya arasında münasibətlər yaxşıdır. Türkiyə Rusiyaya qarşı hər hansı bir addım atmağı planlaşdırmır. Türkiyə öz xarici siyasətini özü müəyyən edən suveren bir ölkədir”, - Bozdağ bildirib.

"Demokratik.Az"

Oxşar xəbərlər