"Azərbaycan çalışır ki, Rusiya ilə Türkiyə barışsın" - Əli Həsənov

  • 21 mar 2016, 11:32
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox böyük, nümunəvi bir addım idi.

Bu fikri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS TV-nin "Hesabat” verilişində qonaq olarkən bildirib.

"Son zamanlar bəzi böyük dövlətlər Türkiyədə səfirliklərini bağlamaq barədə bəyanatlar verirlər, vətəndaşlarını Türkiyədən geri çağırırlar. Bilirsiz ki, canlı bombanın istifadə edildiyi məqamlarda ölkə çox təhlükəsiz olur” söyləyən Əli Həsənovun sözlərinə görə, belə bir məqamda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri böyük cəsarət tələb edirdi: "Buna görə də son bir həftədir ki, cənab prezidentin Türkiyəyə səfəri demək olar ki, türk mediasının gündəmindən düşmür”.  

Əli Həsənov Azərbaycanın strateji müttəfiqi Türkiyə və strateji tərəfdaşı Rusiyanın münasibətlərindən də danışıb: "Biz çalışırıq ki, Rusiya ilə Türkiyə barışsın. Biz çalışırıq ki, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan münasibətlər aradan qıldırılsın. Biz çalışırıq ki, hər iki dövləğt ortaq maraqları tapıb, keçmişə deyil, gələcəyə yönəlik münasibətlər qursun”.

Söhbət zamanı Azərbaycan - İran münasbitlərinə, həmçinin Azərbaycanın daxilində gedən proseslərə də toxunulub.