Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:41 - 21.11.2018  
Əflatun Amaşov: “Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir”
Tarix: 24-03-2018, 11:16 | Bölmə: ---

"Dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir. Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür”

Əflatun Amaşov: “Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir”"Ölkə və xalq üçün həssas və taleyüklü proseslər var. Bu prosesləri layiqli həyata keçirmək yalnız bir toplumun gələcəyi baxımından əhəmiyyətli deyil. Burada söhbət xalqın və dövlətin dünyada özünü necə təsdiqləməsindən də gedir. Seçki məhz özünütəsdiq imkanlarının nümayiş meydanı, bir növ indiqatorudur. Son günlər baş verənlər isə onu deməyə əsas verir ki, bəziləri məsələnin mahiyyətini ya düzgün anlamaqda çətinlik çəkir, ya da… Seçki siyasi düşərgələrin milli maraq və mənafelər naminə birliyə, həmrəyliyə çağırış marafonudur”.

Demokratik.Az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri öz "Facebook”səhifəsində millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, həmin marafonda məhz milli maraq və mənafeləri uzlaşdırmağı ən yaxşı bacaranlar qalib gəlir:

"Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir. Dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir. Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür. Amma bəziləri bu əlin nəyə görə uzandığını düşünə bilməyəcək dərəcədə piyada təfəkkürə malikdir…

Əlbəttə, seçkiyə konkret siyasi düşərgənin sırf özünü təsdiqləmək imkanı kimi də yanaşmaq mümkündür. Hər bir cinahın bu imkandan maksimum faydalanmaq əzmi, prinsipiallığı, barışmazlığı anlaşılandır, təbiidir. Ancaq özünü isbat etmək tərzi vacib məqamdır. Əfsus ki, bizlər bunun sivil formasından çox, müəyyən mənada qurşaqdan aşağı zərbə vurmağa oxşayan təzahür formalarıyla baş-başayıq. Xüsusən də sosial şəbəkələrdə və internet media orqanlarında siyasi opponent saydıqları şəxslərə, onların ailə üzvlərinə qarşı təhqiramiz fikirlər səsləndirənlər, yazanlar sanki yarışa giriblər. Bu adamlar özlərini kimlərəsə göstərmək, "baxın, biz də iş görürük” mesajı vermək istəyirlər. Tam əminəm ki, onların özlərini göstərməyə çalışdıqları qüvvələr də mübarizə vasitələrindəki primitivliyi təqdir etmirlər. Sadəcə məqsədləri bəllidir və bu məqamda "məqsəd vasitəyə bəraət qazandırır” deyib gülüş obyektinə çevrilmişləri seyr etməkdən zövq alırlar. Deməli, əsas olan kimlərinsə məqsədlərində çirkin vasitəyə çevrilməməkdir. Təəssüf ki, biz bəzilərinin timsalında bunun əksini də görürük…”

MŞ sədri onu da diqqətə çatdırıb ki, bir qrup şəxs məskunlaşdıqları xarici ölkələrdə millətimizə və xalqımıza məxsus dəyərlərə, bu dəyərləri yayan, təbliğ edən insanlara qarşı, belə demək mümkünsə, söyüş səlibi elan ediblər:

"Əlbəttə, əvvəllər də belələrinə az rast gəlməmişik. Müxtəlif beynəlxalq konfranslarda ermənilərin və gürcülərin siyasi düşərgə müxtəlifliyindən asılı olmayaraq, milli maraqlar naminə birgə hərəkət etdiklərini müşahidə etdiyimiz halda, belələrinin qırmızı cizgiləri keçmələrinin həyasızlıq motivlərindəki rəngarənglikdən heyrətlənmiş və təəssüflənmişik.

Axı necə ola bilər ki, sivil Qərb ölkəsində məskunlaşıb sivil olmayan tərzdə mübarizə aparasan? Bu adamlar yaşadıqları cəmiyyətdəndəmi heç nə öyrənməyəcək, öyrənməyə çalışmayacaq tükəniblər? Axı bu adamların yaşadıqları Qərb cəmiyyətlərində siyasətçilər kifayət qədər vətənpərvərdirlər, milli ideya və baxışların fövqündədirlər. Bunlara nə olub görəsən?!

Azərbaycan dünyanın harasında yaşayırsa-yaşasın, hər bir azərbaycanlının Vətənidir. Düşünürəm ki, hadisə və proseslərə baxışdakı hər cür müxtəliflikdən asılı olmayaraq, bu Vətəni və bu Vətənin dəyərlərini qorumaq lazımdır. Bu dəyərlərdə təhqir, siyasi mübarizəni qazanmaq naminə özünə qarşı guya mənəviyyatsızlıq edildiyinə dair nələrisə uydurmaq, mənsub olduğu xalqın qurub-yaratdığı dövlətin atributlarına qarşı cılız davranış nümayişi əsla yoxdur. Bu dəyərlərdə mərdlik, bütövlük, sadiqlik, ardıcıllıq, qətiyyət, alicənablıq var. Xalq bu dəyərləri özünün həyat amalına çevirənləri sevir və onlara hər zaman etimad göstərir. Şübhəsiz ki, 11 aprel Prezident seçkisi də bu etimadın növbəti təntənəsi kimi tarixdə layiqli yerini tutacaqdır”.

Demokratik.Az

Xəbər 1658 dəfə oxunub






Oxşar xəbərlər

"Drakon" və direktor RAZBORKASI ilə bağlı YENİ XƏBƏR - VİDEO
Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib
Türkiyədə fırtına dənizin "altını üstünə çevirdi"
Abel Məhərrəmov danışdı: "Şərəflə, ləyaqətlə..."
Dəhşətli zəlzələlər GƏLİR – QORXUNC XƏBƏRDARLIQ
Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
“ARTIQ DÜNYA NİZAMI YOXDUR” - Üç tektonik plitənin toqquşması
Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
Kamaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır"
Vensuela da ABŞ-ın "qara siyahısı"na düşdü
Fövqəlnazir də Gəncəyə gəldi
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi
Rəsul Quliyev yenə “qayıdır”
Gəncədə partlayan binadan 1 nəfər hərbçi sağ çıxarılıb
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Gələn il pambıq əkini sahəsi azaldılacaq
Gəncədə yaşayış binasında partlayış - ölən və yaralananlar var - FOTOLAR
Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Bugünün hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11043] initstartout [0.00012] initstartin [0.00063] calstart [0.00789] calend [0.00044] topnewsend [0.00364] rsssend [0.00000] ehgend [0.00510] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09208]