Rusiya müsəlman dövlətinə çevrilir - Stratfor

  • 19 mart 2018, 09:18

Rusiya Prezidenti Vladimir Putin özündən sonrakı Rusiya və dünya haqqında düşünür.

Axar.az xəbər verir ki, bu iddia ilə Amerikanın "Stratfor" analitik şirkəti çıxış edib. Şirkət Rusiyanın yüksək döyüş qabiliyyətinə malik olduğu zamanlarda belə zəif ölkə olduğunu bildirib:

"Coğrafi baxımdan o, böyük dünya dövlətidir. Rusiya həmçinin 160 etnik qrupun evi sayılır. Üstəlik, artıq onunla sərhəddə və ya sərhədlərindən o qədər də uzaq olmayan məsafədə güclü dövlətlər yerləşiblər. Putinin 4-cü dəfə prezident seçilməsindən sonra iqtisadi və demoqrafik dəyişikliklər ona hakimiyyətini və ölkədəki stabilliyi saxlamağa mane olacaq. Son 20 ildə Rusiyada yoxsulluq yüksək templə artır. İqtisadiyyat artıq rusların bütün digər narahatlıqlarını üstələyir. Rusiyada 2017-ci ildə baş tutan 1100 etirazın üçdə ikisi iqtisadiyyatla bağlı olub. Korrupsiya da rusların narazılığını artırır. Bu narazılıq artıq Kremldəki elita arasında müşahidə edilir. Elita Putini sərvətləri müdafiə olunduqları və artdıqları ana qədər müdafiə edirdi, amma indi onların biznesi və maliyyə imkanları Qərbin sanksiyaları altında əriyir.

Digər önəmli problem isə demoqrafiyadır. Artıq ölkənin etnik rus əhalisi azalır. BMT-nin dəyərləndirməsinə əsasən, 2030-cu ilə qədər ölkədə əhalinin ümumi azalması 10% olacaq. Bu isə müsəlman əhalinin sayının kəskin artdığı dövrdə baş verir. 1990-cı ildə 13 milyon olan müsəlmanlar 2030-cu ildə 20 milyon nəfərə çatacaq. Bu tendensiya entik və dini qruplar arasında sosial gərginiliyi artırır".

Oxşar xəbərlər