Putin Rusiyanı oda atdı: Rusların 85 faizi isə onu dəstəkləyir

  • 30 dek 2015, 22:09
Rusiyada aparılan bir araşdırma, iqtisadi böhran səbəbindən  vətəndaşların təxminən yarısının iqtisadi vəziyyətinin pisləşdiyini üzə çıxarıb.
 
Avropa.info xəbər verir ki,  Rusiyanın  "Dojd" televiziya kanalı, Levada Araşdırma Mərkəzinin ölkədəki iqtisadi böhran və nəticələrinə dair keçirdiyi ictimai rəy sorğusunun nəticələri açıqlanıb.
 
Rəy sorğusunda iştirak edənlərin  yüzdə  82-si  ölkədə iqtisadi böhran olduğunu deyib. Rus xalqının yüzdə 62-si bu böhranın bir ildən artıq davam edəcəyi fikrindədir. Sorğuda iştirak edənlərdən 44 faizi əlavə xərclərini təxirə saldıqlarını deyiblər.
 
48% şəxsi iqtisadi vəziyyətinin pisləşdiyini qeyd edərkən, sadəcə 5 faiz  "vəziyyətim yaxşılaşdı" deyib. Sorğuda iştirak edənlərin yüzdə 21 faizi  maaşlarının aşağı düşdüyünü, 30 faiz isə yaxın zamanlarda maaşlarında eniş olacağını gözlədiklərini  bildirib.üz

Bu göstəricinin 1998-ci ildən bu yana ən yüksək narazılıq nisbəti olduğu bildirilib.
 
İqtisadi vəziyyətə dair araşdırma nəticələrini dəyərləndirən ekspertlər, əhalinin qarşılaşdığı iqtisadi çətinliklərin, həyata keçirilən xarici siyasət səbəbindən olduğunu  və Rusiya prezidenti Vladimir Putinin 85 faizlik  reytinqinə təsir etmədiyini söyləyiblər.
 
Sosioloq Denis Volkov  xalqın  iqtisadi böhran səbəbindən baş verən qiymət artımını və gəlirlərində azalmanı gördüklərini, ancaq  həyata keçirilən xarici siyasət səbəbindən bu mənfi cəhətlərə diqqət yetirmədiklərini bildirib. 

Rusiya hakimiyyətinin  2015-ci ilin siyasi gündəmini xalqı iqtisadi problemlərdən uzaqlaşdırmaq vasitəsi kimi istifadə etdiyini dilə gətirən Volkov, Ukrayna məsələsindən sonra, Suriya məsələsinin gündəmə gəldiyini, ardınca isə Türkiyə ilə çıxan siyasi böhranın hakimiyyətin reytinqini düşməyə qoymadığını deyib
 
Levada Araşdırma Mərkəzinin mütəxəssisi Marina Krasilnikova, xalqın hərbi əməliyyatlara verdiyi bu reaksiyanın altında "ölkənin parçalanması təhlükəsi və böyük ölkə kimliyinə zərbə dəyməzi" xofunun yatdığını bildirib.