Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:57 - 14.12.2018  
Tovuzda Mirzəyevlər qətlinin İZİ İLƏ - saxta nömrəli “Range Rover”, torpağa basdırılan seyf
Tarix: 3-03-2018, 15:38 | Bölmə: ---

Qatillərin Ramiz Mirzəyevin bacısının evinə necə girdikləri haqda versiyalar var

Tovuzda Mirzəyevlər qətlinin İZİ İLƏ -  saxta nömrəli “Range Rover”, torpağa basdırılan seyfTovuz rayonunda baş vermiş dəhşətli hadisədən 1 həftə ötür. Fevralın 24-də səhər 9 radələrində rayon mərkəzindəki Mərdan Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan yanğın söndürülüb. Araşdırma zamanı ev sahibi və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşad qızı Mirzəyevanın yanaraq öldükləri məlum olub. Sonrakı araşdırmalar isə ər-arvadın yanğından əvvəl qətlə yetirildiyini ortaya qoyub.

Məhkəmə tibbi ekspertiza zamanı mərhumların bədənləri üzərində küt alətlə yetirilən xəsarət izləri müəyyən edilib. Fərman Məmmədovun boğazında kəndirlə boğulmaya xarakterik olan stranqulasiya şarımı müəyyən olunub. Bu xəsarətlər isə onu deməyə əsas verib ki, ər-arvadın ölümünün səbəbi yanğınla əlaqəli deyil, onlar yanğından əvvəl qətlə yetiriliblər. Evdə yanğın isə qətlin ört-basdır edilməsi üçün törədilib. Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, ölümünə qədər Tovuz rayon poliklinikasında həkim işləyib.

Qətllə bağlı ehtimallardan biri budur ki, Pakizə Mirzəyevanın yaşadığı ünvanın qapısını özünü xəstə yaxını kimi təqdim edən bir şəxs döyüb. Versiyaya görə, qapını Pakizə Mirzəyevanın həyat yoldaşı Fərman Məmmədov açıb. İstintaqın qənaətinə görə, həmin vaxt evə bir neçə maskalı şəxs soxulub. Fərman Məmmədov həmin şəxslərə müqavimət göstərməyə çalışıb, lakin onu boğub öldürüblər.

Bundan sonra mənzildə olan Pakizə Mirzəyevaya hücum ediblər. Yenə də versiyalara görə, qadın onlara müqavimət göstərib, hətta "çağırılmamış qonaqlara” külqabı atdığı bildirilir. Belə iddialar var ki, dəstə üzvləri Pakizə Mirzəyevaya əzab verməklə ondan pulların və qızılların yerini soruşublar. Qadın onlara heç nə deməyib. Maskalılar isə ona inanmayıblar. Qadına xəsarət yetirib, əl-qolunu, ayaqlarını "skoç”la bağlayıblar. Evin altını üstünə çeviriblər. Lakin axtardıqları qızıl-zinət əşyalarını tapa bilməyiblər. Belə məlumatlar da var ki, istintaqçılar hadisə baş verən evin həyətində axtarış aparan zaman bağçadan torpağa basdırılmış seyf aşkar ediblər.

İstintaqa yaxın mənbələrdən redaksiyamıza daxil olan digər bir məlumatda deyilir ki, P.Mirzəyevanın tibbi müayinəsi keçirilərkən onun dırnaqlarının altında mümkün qatilinin dərisinin nümunələri götürülüb. Bu, istintaqçılara belə nəticəyə gəlməyə əsas verib ki, qadın mümkün qatili ilə ölümündən əvvəl süpürləşib, ona müqavimət göstərib, üzünə, qoluna cırmaq atıb. Həmin vaxt qatilin dərisi qadının dırnaqlarının altına dolub. Həmin nümunələr sonrakı təhqiqatlar üçün istintaqa təqdim edilib. Ev tam yanmadığından istintaqçılar əl-barmaq izləri də götürə biliblər. 

 Dəstə üzvlərinin yaxınlarda müəyyən ediləcəyi gözlənilir. Bundan başqa, dəstənin hadisə yerinə nömrələri saxta olan "Range Rover” markalı maşınla gəlmələri haqda da məlumatlar var. İstintaq digər bir versiya üzərində də işləyir. Belə ehtimallar var ki, ər-arvad qisas məqsədi ilə də öldürülə bilər. Qeyd edək ki, bu, Mirzəyevlərlə bağlı son 1 ildə baş vermiş 3-cü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev 15 gün öncə Sabirabadda yol qəzasında həlak olmuşdu.

Tovuzda qətldən dolayı dolaşan xəbərlərdə deyilir ki, Pakizə Məmmədovanın rayonda qızıl-zinət əşyaları satan şəxslərlə və valyuta alverçiləri ilə münasibətləri olub. Belə məlumatlar da var ki, P.Məmmədova qızıl-zinət əşyalarını satanlara tez-tez müraciətlər edib, ara-sıra onlara külli miqdarda borc da verib. Ehtimal edilir ki, basqınçılar da bu haqda məlumatlı olublar. Hazırda ikiqat qətl işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. /mənbə - Y.M/

Demokratik.Az

Xəbər 2367 dəfə oxunub






Oxşar xəbərlər

Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10222] initstartout [0.00024] initstartin [0.00056] calstart [0.00716] calend [0.00039] topnewsend [0.00299] rsssend [0.00000] ehgend [0.00575] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08461]