Xəbər lenti
Bütün xəbərlər

Ramiz Mirzəyevin bacısı və yeznəsi öldürülüb: EHTİMAL təsdiqləndi

  • 25 fev 2018, 11:21
Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

APA-nın məlumatına görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P.Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

***

Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Ölən şəxslər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir. Mərhumların qətlə yetirilməsi ehtimalı var.
Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri olub. Ramiz Mirzəyev 2007-ci ildə dünyasını dəyişib. 
Qeyd edək ki, bir neçə gün öncə R.Mirzəyevin oğlu Anar Mirzəyev avtoqəzada həlak olmuşdu.

P.S. Musavat.com -un Tovuz rayonunda olan əməkdaşı araşdırıb ki, ər - arvada qarşı əslində qətl hadisəsi baş verib. Qonşuların verdiyi məlumata görə, mərhumlar - Fərman Məmmədov və Pakizə Mirzəyeva naməlum şəxs, ya da şəxslər tərəfindən qətlə yetirilib, daha sonra hadisəyə yanğın görüntüsü verilib. Hadisədən sonra evi müşahidə etmək imkanı olan qonşular musavat.com -un müxbirinə deyiblər ki, Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda, ağzı və əlləri skoçlanmış halda, ölü vəziyyətdə tapılıblar. Qətli törədənlər yanğın törətməyə cəhd ediblər. Divanın bir qismi və Pakizə Mirzəyevanın ölü tapıldığı çarpayının bir qismi yanıb və yanğın dayanıb. Bunun da nəticəsində hadisənin qətl olduğu aşkarlanıb. Qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil. Lakin, qonşuların deməsinə görə, mərhumlar imkanlı olublar. 
Oxşar xəbərlər