Demokratik TV
Xəbər lenti
Demokratik.Az » 104 yaşlı itkin qadın Çeçenistana göndərilib
104 yaşlı itkin qadın Çeçenistana göndərilib
- 12 yan 2018, 21:02
Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib. Bu barədə AzVision.az-a "Tereza Ana” sığınacağında bildirilib.
Məlumata əsasən Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.
"Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin o Çeçenistanda yaşamaq istəyib”, - deyə sığınacaqdan bildirilib.
Qeyd edək ki, yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən 104 yaşlı qadının əsl kimliyi müəyyən edilməyib. O, özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad, soyadlı qadının qeydiyyatda olmadığı bildirilib. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı ortaya çıxıb.

Bundan sonra Çeçenistan lideri Ramzan Kadırov Goranboyda tapılan 104 yaşlı çeçen qadına kömək edib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi
104 yaşlı çeçen qarını Kərbəla adına Gədəbəyə göndərdilər, küçədə tapıldı
Goranboyda 80 yaşlı qadına 300 manat naməlum cərimə kəsilib
Meyitləri tapılan neftçilərin kimliyi müəyyən olub
Çeçen lideri kilsələri bərpa edir... - Foto
Goranboyda erməni atəşi polisi yaraladı
Azərbaycanda tükürpədici hadisə
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti