Goranboyda 80 yaşlı qadına 300 manat naməlum cərimə kəsilib

  • 06 noy 2017, 08:39

"Demokratik.Az"-a Goranboy rayon Azad kənd sakinləri tərəfindən maraqlı məlumat daxil olub. Məlumata görə, 80 yaşlı kənd sakini Kərimova Hamaya Həsən qızı 300 manat inzibati cərimə ödənişini həyata keçirməsi üçün Goranboy rayon icra qrupu tərəfindən çağırış məktubu alıb. Kənd sakinlərinin bildirdiyinə görə, fiziki imkanları məhdud olan qadın icra şöbəsinə getməyib. Evindən çölə çıxmayan yaşlı qadına hansı inzibati cərimə protokolunun tərtib olunduğu bilinmir. Bundan əlavə, qadının sonuncu bir aylıq təqaüdü isə artıq məhkəmə qərarının icrası məsədilə tutulub. Kənd sakinləri zərərçəkənin adından hadisənin araşdırılmasını, yaşlı qadına köməklik göstərilməsini xahiş edirlər.

"Demokratik.Az" sözügedən olayı araşdırmağa başlayıb və yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.


 

Demokratik.Az 

Oxşar xəbərlər