Millət vəkili Penitensiar Xidmətin fəaliyyətini tənqid etdi

  • 17 dek 2017, 21:35
Milli Məclisin bu gün keçirilən iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub.
 
APA-nın məlumatına görə, çıxış edən deputat Fazil Mustafabildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.
O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: "Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.
Deputat Milli Məclisin bu məsələləri nəzarətə götürməsini təklif edib.
Oxşar xəbərlər