Penitensiar Xidmətə yeni rəis müavini təyin olundu

  • 01 avq 2016, 22:22

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) yeni təyinat olub.

"Report”un xəbərinə görə, ədliyyə polkovniki Məhərrəm Qafarov Xidmətin rəis müavini təyin edilib.

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovdur. C.Həsənov PX rəisi vəzifəsinə bu ilin iyun ayında təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər