Penitensiar Xidmətin rəisi ədliyyə generalı oldu

  • 23 iyul 2016, 18:27
Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.

"Report”un əldə etdiyi məlumata görə, indiyədək polis general-mayoru rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.

Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
 
Demokratik.Az
Oxşar xəbərlər