Kılıçdaroğlu sübutları kimdən alıb? – Açıqlandı

  • 30 noy 2017, 19:41

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi sübutları kimdən aldığını deyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, sübutları Fətullahçı terror təşkilatından aldığı ilə bağlı yayılan informasiyaları təkzib edib:

"Onlarla heç bir əlaqəsi yoxdur. Bu ölkəni sevən çox sayda bürokrat var. Bircə addımımız qaldı. Onu da bu gün-sabah atacağıq”.

Kılıçdaroğlu ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı Rza Zərrab məsələsi ilə bağlı da açıqlama verib:

"Dünənə kimi Zərraba xeyirxah insan deyirdilər. İndi düşmən, böhtançı oldu. Bu şəxs rüşvət verib, rüşvəti alan adam da bəllidir. Ortada oğurluq məsələsi var. Bu, Türkiyənin məsələsi deyil. Məni təəssüfləndirən əsas cəhət Zərrabın Türkiyədə deyil, ABŞ-da ittiham olunmasıdır”.

Demokratik.Az

Oxşar xəbərlər