Rza Zərrab həbsxanada: - qadın, narkotik, içki ziyafəti

  • 29 noy 2017, 21:20

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı yeni iddia qaldırılıb.

Onunla işbirliyi içində olduğu iddia edilən Türkiyənin "Xalqbank” bankının keçmiş prezidenti Mehmet Hakan Atillanın vəkili Rza Zərrabın həbsxanada ikən içəri qadın keçirdiyini iddia edib.

İddiaya görə, Rza Zərrab Nyu-Yorkda saxlanıldığı həbsxanadakı nəzarətçilərə rüşvət verib və içəri qadın, narkotik, içki və digər qidalar keçirib.

Vəkil Viktor Rokko Rza Zərrabın Mehmet Hakanı həbsdən çıxış kartı kimi istifadə etdiyini və məhkəmənin onun tərəfini saxladığını deyib.

Qeyd edək ki, ABŞ-ın İrana maliyyə sanksiyalarını pozmaqda ittiham edilənlərin məhkəmə prosesi dünən başlayıb. Hakim qarşısına ilk olaraq Mehmet Hakan Atilla çıxıb. Rza Zərrab isə şahid qismində iştirak edib./publika.az

Oxşar xəbərlər