Surət Hüseynovun yun zavodunu alan olmadı

  • 07 sen 2017, 08:05
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılan Azərbaycanın 4-cü baş nazirinin vaxtilə rəhbərlik etdiyi zavodu alan olmayıb.

Komitədən Axar.az-a verilən məlumata görə, 5 sentyabr tarixində keçirilən hərracda özəlləşdirilməyən əmlaklar təkrar hərraca çıxarılıb. Bunlar arasında növbəti dəfə hərraca çıxarılan əmlaklardan biri də Surət Hüseynovun vaxtilə rəhbərlik etdiyi "Yevlax Yun” səhmdar cəmiyyətidir.

Səhmləri özəlləşdirməyə çıxarılan əmlaklar arasında ilkin start qiyməti ən çox olan əmlak "Yevlax Yun" Açıq Səhmdar Cəmiyyətidir. Adıçəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır.
 
Demokratik.Az
Oxşar xəbərlər