Ermənistanda etirazçılar Qarabağa gedən yolu bağladı

  • 10 iyul 2017, 16:26

Bu gün Ermənistanın Qeqarkunski vilayətində etirazçılar İrəvandan Qarabağa gedən yolu bağlayıblar.

Virtualaz.org "Novosti Armeniya”ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Astxadzor kənd nümayəndəsi Robert Xaçatryan məlumat verib.

Onun sözlərinə görə, kənd sakinləri artıq uzun müddətdir həm içməli, həm də suvarma suyuna həsrət qalıblar. "Biz bu məsələni dəfələrlə qaldırmışıq, amma heç nə etmirlər. Kəndlilər mənə xəbərdarlıq etmədən bu gün yolu bağlayıblar. Ancaq mən ora getməyəcəyəm və heç kəsə də heç nə deməyəcəyəm. Çünki hər dəfə söz veririk və vədi yerinə yetirmirik, mən insanları aldatmağı sevmirəm", - deyə Xaçatryan bildirib.

Onun sözlərinə görə, içməli su problemi dərin quyulardan istifadə yolu ilə həll edilir, ancaq bununla belə kənddə suyu yalnız 1 saatlıq verirlər: "Beş minlik əhali üçün su yalnız bir saatlıq verilir. Suvarma suyu olmadığından kartof məhsulu zay olub", - kənd nümayəndəsi bildirib.

Oxşar xəbərlər