Demokratik TV
Xəbər lenti
Demokratik.Az » DANX-ın yeni rəisi kimdir?
DANX-ın yeni rəisi kimdir?
- 09 may 2017, 21:00
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 08 may 2017-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
"Demokratik.Az" bildirir ki, yeni təyin olunan rəis Həbib Həsənov 1968-ci ildə anadan olub. Azərbaycan Texniki Universitetində mühəndis-mexanik və Bakı Dövlət Universitetində hüquqşünas ixtisasları üzrə təhsil alıb. Əmək fəaliyyətinə avtobazada mühəndis olaraq başlayıb. 1994-cü ildən Dövlət Gömrük Komitəsində inspektor, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili və xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru vəzifələrində işləyib. Polis polkovnikidir. Son illərdə özəl şirkətlər qrupunun direktorlar şurasının sədri vəzifəsində çalışıb.
"Demokratik.Az"
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Zeynəb Xanlarovanın oğluna yeni vəzifə verildi
Ziya Məmmədov alqışlarla yola salındı
Ramil Usubov Göyçay yol polisinə yeni rəis təyin edib
Ziya Məmmədovun yaxın qohumu işdən çıxarıldı
Səlim Müslümov Elman Mehdiyevdən niyə İMTİNA ETDİ?
İlham Əliyev yeni sərəncam imzalayıb
Ziya Məmmədovu bitirən zəng – Şok detal
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti