"Kanal 13"-ün direktoruna 30 sutka həbs

  • 02 may 2017, 22:00

Ölkənin ilk internet kanalı olan "Kanal 13"ün direktoru Əziz Orucov polis tərəfindən saxlanıb.

Musavat.com xəbər verir ki, bu haqda Əziz Orucovun qardaşı və "Kanal 13"ün təsisçisi Anar Orucov özünün facebook səhifəsində məlumat verib: "Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb, işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, Nəsimi Rayon Polis idarəsinə aparılıblar. Bir müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. O, xuliqanlıqda ittiham edilir".

 

Musavat.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsi Əziz Orucova xulqanlıq maddəsi ilə 30 sutka həbs verib.

 

Oxşar xəbərlər