Yumurta iki dəfə bahalaşdı

  • 14 apr 2017, 09:58
Özü də iki dəfə. İndi yumurta 13-14 qəpiyə satılır. Yumurtanın qiymətinin necə deyərlər oynaması nə ilə bağlıdır? 

Bir müddət əvvəl 7 qəpiyə qədər ucuzlaşan yumurta yenidən bahalaşdı. İndi yumurta əvvəlki qiymətindən baha, 10-14 qəpik arasında satılır. Bazarlarda ən ucuz yumurta indi 8 qəpiyə satılır. Amma onun da ölçüsü çox balacadır. Satıcılar qiymət artımının səbəbini bilmədiklərini deyir.

Respublika Quşçular Cəmiyyətindən "Xəzər Xəbər”ə bildirdilər ki, yumurtanın qiyməti əslində 13-14 qəpik arasındadır.

Bir müddət əvvəl bolluq olduğundan qiymətdə də ucuzlaşma oldu. İndi isə yumurta yenidən öz qiymətinə qayıdıb. Yəni bu bahalaşma yox, qiymətin normallaşmasıdır. (xəzərxəbər)

Oxşar xəbərlər