Demokratik TV
Xəbər lenti
Yumurta niyə bahalaşır? - Səbəb
- 18 dek 2015, 10:18

Dövlət Statistika Komitəsinə bildirir ki, 2014-cü ilin eyni dövrünə nisbətən ət istehsalı 7,6 min ton və ya 1,8 faiz, süd istehsalı 71,8 min ton və ya 4,2 faiz, yun istehsalı 233 ton və ya 1,4 faiz artıb. Yumurta istehsalı isə 23,0 milyon ədəd və ya 1,6 faiz azalıb. Yumurta istehsalının azalmasına iri quşçuluq fabriklərində yumurta istehsalının aşağı düşməsi təsir edib.
Buna səbəb isə yem və dərman preparatlarının bahalaşması nəticəsində yaşlı toyuqların satılması, onların yerinə cavan quşların alınmaması, bəzi müəssisələrin isə yumurtalıq istiqamətindən ətlik istiqamətə keçməsi olub. Nəticə etibarı ilə əvvəlki illə müqayisədə bütün təsərrüfat kateqoriyalarında yumurta istehsalı üzrə kənd təsərrüfatı müəssisələrinin xüsusi çəkisi 44,8 faizdən 41,0 faizə enib.
publika.az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti